Interposta.Info

ABŞ-ın skandal Türkiyə qərarından sonra Ermənistandan ilk reaksiya

Siyasət
 13-12-2019, 13:37     457

"ABŞ Senatının qərarı ədalətin və həqiqətin qələbəsidir. Dünyadakı erməni xalqı adından bu vacib qərara görə Konqresə dərin təşəkkürümü bildirirəm”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Tvitter" hesabında yazıb.

Paşinyan qərarı "20-ci əsrdə ilk "soyqırım"ın qurbanı olmuş 1,5 milyon insanın xatirəsinə hörmət ifadəsi və bir daha təkrarlanmaması üçün cəsarətli bir addım" kimi qiymətləndirib.

Xatırladaq ki, dünən ABŞ Senatı 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı” kimi tanıyan bir qanun layihəsini qəbul edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26