Interposta.Info

ABŞ-dan Türkiyəyə zərbə -

Siyasət
 20-05-2017, 07:30     594

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin və amerikalı həmkarı Donald Trampla görüşünün ardınca ermənipərəst qüvvələr Ankaraya qarşı daha bir addım atıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Texas ştatının nümayəndələr palatası yekdilliklə qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bununla da rəsmən qondarma “soyqırım”ı tanıyan ştatların sayı 46-ya çatıb.

Məlumatda deyilir ki, qətnaməni hər iki partiyanı təmsil edən 50-dən çox konqresmen dəstəkləyib. Sənəddə iddia olunub ki, Birinci Dünya Müharibəsində dağılan Osmanlı imperiyası “sistemli şəkildə erməniləri məhv etməyə başlayıb”. Qətnamədə absurdcasına vurğulanıb ki, o vaxta qədər imperiya ərazisində yaşayan 2 milyon erməninin 1,5 milyonu məhv edilib. Ştatın qəbul etdiyi cəfəngiyyat dolu sənəddə bildirilir ki, hazırda Ermənistanda 3 milyona yaxın erməni yaşayır, erməni diasporunu isə 8-10 milyon erməninin təşkil etdiyi vurğulanır. Ardınca Türkiyəyə qarşı ərazi iddiasına yönəlik məqamlar da əksini tapır. Osmanlı ərazilərinə ermənilərin “əvvəlki vətəni” yarlığının yapışdırılmasına cəhd göstərilir.

Texas ştatının bundan əvvəl “soyqırımı” tanımadığı, 2017-ci ilin aprelində isə qubernator Vayominq Metyu Mid-in “erməni soyqırımı”nı tanıdığı vurğulanır. Erməni mediası hələlik Vayominq, Avova, İndiana, Alabama və Missisipi ştatlarının saxta “erməni soyqırımı”nı tanımadığını da narazılıqla vurğulayıb. Növbəti ştatın Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə biləcək qətnaməni qəbul etməsinə Ankaranın necə reaksiya verəcəyi də maraqlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26