Interposta.Info

Hollandiya qondarma "erməni soyqırımı"nı tanıdı

Gündəm
 17-02-2018, 09:40     10 462

Türkiyədəki səfirini geri çağıraraq qardaş ölkə ilə diplomatik əlaqələrini donduran Hollandiya qondarma "erməni soyqırımı"nı rəsmən tanıyıb.

Qaynarinfo xəbər verir ki, ölkə parlamentinin alt qadanı hesab olunan Tveede Kamerdə qondarma soyqırımla bağlı qanun layişəsini qəbul edib.

Qəbul edilən qərarlardan birində "Erməni soyqırımı"nın tanındığı, digərində isə Ermənistanda aprelin 24-də keçiriləcək "soyqırımı anım tədbiri"ndə Hollandiyanın nazir səviyyəsində təmsil olunacağı bildirilir.

Qeyd edək ki, qondarma "soyqırımı"nın tanınması məsələsini parlamentin gündəliyinə Xristian Birlik Partiyası çıxarıb. Buməsələ 2004-cü ildə də eyni partiya tərəfindən gündəmə gətirilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26