Messi Argentina millisində karyerasını bitirdi
Argentinalı futbol ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurub.
Goldmedia.az xəbər verir ki, bu barədə idman jurnalisti Ernan Kastilyo məlumat yayıb.
Onun sözlərinə görə, DÇ-2026-nın final matçı başlamazdan əvvəl hücumçu geyinib-soyunma otağında çox təsirli və emosional bir nitqlə çıxış edib və bu matçının onun Argentina yığmasındakı son oyunu olacağını dilə gətirib.
2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentina millisi əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Hazırda 39 yaşı olan Messi 2023-cü ildən Şimali Amerika Futbol Liqasında (MLS) çıxış edən "İnter Mayami" klubunun formasını geyinir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın "Barselona" klublarında çıxış edib. Messi "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





