20-Yanvar faciəsinin 36-cı il dönümünə həsir olunmuş tədbir keçirilmişdir - FOTOLAR
20-Yanvar faciəsinin 36-cı il dönümünə həsir olunmuş tədbir keçirilmişdir
19 yanvar 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Şuşa rayon Turşu kənd Uşaq Musiqi Məktəbi və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Laçın Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Laçın Dövlət Rəsm Qalereyasının təşkil etdiyi, Yanvar hadisələri zamanı çəkilmiş fotolardan ibarət sərgiyə baxış keçirilib.
Tədbir zamanı çıxışlar edilərək 20 Yanvar faciəsi və xalqımızın azadlıq uğrunda mübarizəsindən danışılıb.
Daha sonra məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylənilib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

































