Başı qopdu, amma döyüşü dayandırmadı: Robot döyüşü gündəm oldu
Çində keçirilən robot döyüş turnirində başı qopmasına baxmayaraq mübarizəni davam etdirən humanoid robot sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan görüntülər bir tərəfdən heyranlıq doğurub, digər tərəfdən isə narahatlıq yaradıb.
Goldmedia.az xəbər verir ki, süni intellektin bir çox peşəni dəyişdirəcəyi ilə bağlı müzakirələr davam edərkən, bu dəfə diqqət döyüş idmanına yönəlib. Çinin Şençjen şəhərində keçirilən robot döyüş turnirində iki humanoid robot xüsusi hazırlanmış qəfəsdə qarışıq döyüş sənətləri (MMA) qaydalarına uyğun qarşılaşıb. Yarışı yüzlərlə tamaşaçı tribunadan izləyib.
Qarşılaşmanın ən yaddaqalan anı "White Eagle” komandasının robotunun rəqibinin başına endirdiyi güclü təpik olub. Zərbədən sonra "Bullfighter” komandasının robotunun başı tamamilə gövdəsindən ayrılıb.
Lakin bununla hər şey bitməyib. Başı qopan robot fəaliyyətini dayandırmadan döyüşü davam etdirib. Qarşılaşmanın sonunda isə "Bullfighter” komandası 3:2 hesabı ilə qalib gəlib.
Hadisənin görüntüləri qısa müddətdə "Reddit” və "X” başda olmaqla müxtəlif sosial media platformalarında milyonlarla baxış toplayıb.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





