Interposta.Info

Azəbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı

İdman
 12-10-2018, 09:09     10 410

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, D liqasının III qrupunda yer alan milli komandamız III turda Farer adalarının qonağı olub. Azərbaycan ilk dəfə keçirilən turnirdə bu oyunadək qələbə qazana bilməmişdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə etmişdi (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus edib, (3:1), Kosovoda uduzmuşdu (0:2).

Komandamız bu dəfə 3 xalı aktivinə yaza bilib. Hesabı 28-ci dəqiqədə Riçard Almeyda açıb. 67-ci dəqiqədə Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsini qola çevirib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Almeyda yekun nəticəni müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, Farer adaları və Azərbaycanın əsas yığmaları bundan əvvəl bir dəfə qarşılaşmışdı. 27 fevral 1996-cı ildə Cənubi Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında millimiz 3 cavabsız qola qalib gəlmişdi. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurban Qurbanov qoymuşdu.

Qurban Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi "Qarabağ” 2011/12 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar - 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Millətlər Liqası
D Liqası, III qrup
III tur

11 oktyabr
Farer adaları - Azərbaycan 0:3
Qollar: Riçard Almeyda, 28; 87-pen. Dmitri Nazarov, 67.
Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilormur Davidsen, 4. Atli Qreqersen (k), 6. Hallur Hansson (11. Heyni Vatnsdal, 78), 7. Kay Bartalsstovu (19. Roqvi Baldvinsson, 74), 8. Brandur Hendriksson Olsen, 9. Qilli Syorensen, 10. Finnur Yustinussen (21. Klamint Olsen, 78), 14. Yohan Edmundsson, 15. Odmar Feryo, 16. Rene Yonsen.
Ehtiyat oyunçular: 12. Teytur Qestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 13. Aleks Mellemqaard, 17. Qunnar Vatnhamar, 20. Eli Nielsen, 22. Pol Yohannus Custinussen.
Baş məşqçi: Lars Olsen.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (10. Ruslan Qurbanov, 83), 13. Dmitri Nazarov (15. Cavid İmamverdiyev, 89), 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda (8. Emin Mahmudov, 88), 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızada, 9. Namik Ələsgərov, 11. Ramil Şeydaev, 14. Rahid Əmirquliyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Hallur Hansson, 41. Rene Yonsen, 66. Atli Qreqersen, 75. Qunnar Nilsen, 85 - Dmitri Nazarov, 49. Riçard Almeyda, 57. Maksim Medvedev, 87.
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko (Rusiya).
Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (Rusiya).
Hakim-inspektor: Salustia Çato Çipres (Andorra).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
Torshavn. "Torsvollur” stadionu,

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26