Braziliya Amerika Kubokunun finalında Peruya qalib gəlib

Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, finalda Braziliya və Peru yığmaları üz-üzə gəlib. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 15-ci dəqiqədə Everton açıb. 44-cü dəqiqədə Paolo Gerrero penaltidən bərabərlik qolunu vurub. 45+3-cü dəqiqədə Qabriel Jezus yenidən Braziliyanı önə çıxarıb.
O, 70-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoysa da, Braziliya millisi 88-ci dəqiqədə Rişarlisonun penalti qolu ilə yekun nəticəni müəyyənləşdirib.
Bununla da Braziliya millisi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26