Interposta.Info

DÇ-2018: Fransa millisi yarımfinala vəsiqə qazanıb

İdman
 6-07-2018, 20:37     10 527

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. "Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay - Fransa - 0:2

Qollar: Rafael Varan, 40. Antuan Qrizmann, 61

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).

Nijni Novqorod. "Nijni Novqorod” stadionu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26