Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb
![](/uploads/posts/2018-05/thumbs/1527657831_1527617925_untitled-1.jpg)
Futbol üzrə Azərbaycan milli komandası Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb.
Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində keçirilib və yoldaşlıq xarakteri daşıyıb.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə hesabı 17-ci dəqiqədə millimizin kapitanı Maksim Medvedev açıb. 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib - 2:0.
Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26