Interposta.Info

ABŞ prezidentliyinə namizəd qondarma "erməni soyqırımı"nı tanıyacağını açıqlayıb

Dünya
 27-07-2019, 16:21     10 438

ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma "erməni soyqırımı"nı tanıyacağını bəyan edib.

APA-nın "Massis Post”a istinadən verdiyi xəbərə görə, bu barədə B. Sanders Los Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma "erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26