Interposta.Info

Qondarma “erməni soyqırımı” tarixi fakt deyil, sadəcə, fikir kimi qəbul olundu

Gündəm
 25-10-2017, 19:55     9 423

Avropa İnsan Hüquqları Məhkəməsi ermənilərin ümidlərini puç etdi
Bu günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının iclası keçrilib.

interposta.info
bildirir ki, Musavat.com gradator.ru saytına istinadən xəbər verir ki, Palatanın iclasında İsveçrə hökumətinin AİHM-in “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə qəbul etdiyi 17 oktyabr 2013-cü tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Həmin tarixdə İsveçrə Türkiyə siyasətçisi Doğu Perinçekə qarşı ilkin məhkəmə işini uduzmuşdu. Lakin erməni diasporu rəsmi Berni apellyasiya şikayəti verməyə məcbur edib.

Doğu Perinçekin işini oğlu Mehmet Perinçek davam etdirib.
Qondarma “erməni soyqırımı” tarixi fakt deyil, sadəcə, fikir kimi qəbul olundu


Mehmet Perinçek


AİHM-in Böyük Palatası İsveçrənin apellyasiya şikayətini də rədd edərək, əvvəlki qərarı qüvvədə saxlayıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə qondarma “erməni soyqırımı” artıq hətta tarixi fakt da deyil, sadəcə fikir kimi qəbul olunmalıdır. Bu hadisəni inkar etməyə görə bəzi ölkələrdə nəzərdə tutulan cinayət işləri “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil edəcək.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının iclasına Ermənistan baş prokuror Gevork Kostanyanın rəhbərliyi altında böyük heyətlə qatılıb.

Qondarma “erməni soyqırımı” tarixi fakt deyil, sadəcə, fikir kimi qəbul olundu

Gevork Kostanyanı


Böyük Palatanın qərarı elan edilməzdən öncə G.Kostanyan jurnalistlərə AİHM-in qərarında qondarma “soyqırım”ı şübhə altına salacaq cümlələrin olmayacağını gözlədiklərini bildirib.

Lakin Böyük Palata əvvəlki qərarda yazılan cümlələri təsdiqləyərək, “1915-ci il soyqırımı”nın ermənilərin təqdim etdiyi kimi tarixi fakt olmadığını, həmçinin 1915-ci il hadisələri ilə “Holokost” (yəhudi soyqırımı-red.) arasında heç bir bağlantıdan söhbət gedə bilməyəcəyini bildirib.

Xatırladaq ki, 2 il öncə AİHM “1915-ci il soyqırımı” fakt kimi deyil, sadəcə alimlər arasında davam edən və hələ də konsensusa gəlinə bilinməyən fikir olduğunu qeyd edib.

AİHM-də ermənilərin maraqları Ceffri Robertson, Amal Rəmzi Kluni və Tobi Kolis kimi məşhur vəkillər tərəfindən müdafiə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26