Interposta.Info

Türkiyə ABŞ Senatı tərəfindən qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul edilməsini qınayıb

Dünya
 13-12-2019, 09:08     419

ABŞ Senatının Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı qəbul etdiyi qərarın Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdid edir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun öz "Twitter" səhifəsində bildirib.

F.Altun deyib: "ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-Amerika münasibətlərinə zərər verir. Dünən ABŞ Senatının Xarici əlaqəlar Komitəsi tərəfindən təsdiq edilmiş sanksiyalar paketi və [1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” nın tanınması haqqında] Ermənistan Senatının bu gün qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərimizin gələcəyinə təhdid edir".

O həmçinin qeyd edib ki, "sanksiyalar və təhdidlər [Türkiyəyə] milli təhlükəsizlik maraqlarını qorumağa mane olmayacaq"./trend

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26