Interposta.Info

Fransa hökumətində narkotik istifadə edən əməkdaşlar aşkarlandı

Dünya
 Bu gün, 18:43     80


Fransanın baş naziri Sebastian Lekornu hökumətdə çalışan bir sıra əməkdaşların narkotik testlərinin müsbət nəticə verməsindən sonra vəzifələrindən uzaqlaşdırıldığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Paris Match" jurnalına müsahibəsində danışıb.

Baş nazir uzaqlaşdırılan əməkdaşların adlarını açıqlamayıb.

2026-cı ilin iyun ayından etibarən hökumət üzvləri, o cümlədən nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları üçün qəfil məcburi narkotik testləri tətbiq olunmağa başlayıb.

Sebastian Lekornu bildirib ki, dövlət qulluqçuları məxfi məlumatlara çıxış imkanına malik olduqları üçün bu yoxlamalar davam etdiriləcək. O, gələcəkdə bu praktikanın daha da sərtləşdirilə biləcəyini də istisna etməyib.

Baş nazir vurğulayıb ki, narkotiklərlə mübarizədə ikili standartlara yol verilməməlidir, çünki bu problem cəmiyyətin bütün təbəqələrini əhatə edir.

Onun sözlərinə görə, sosial baxımdan əlverişsiz məhəllələrdə narkotik istifadəsini pisləyib, eyni zamanda nüfuzlu dairələrdə buna göz yummaq yolverilməzdir.

Narkotik testlərinin tətbiqi Fransa parlamentində də geniş müzakirələrə səbəb olub. Artıq bəzi deputatlar bu yoxlamaların parlament üzvlərinə də şamil edilməsini təklif edirlər.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26