Milli Mətbuat günü: Həqiqətin və sözün işıqlı yolu
İlk öncə Milli Mətbuatın 151 illiyi münasibəti ilə hər bir media mənsubun təbrik edirəm!..
Azərbaycan mətbuatı tarixi, sadəcə xəbər istehsalı deyil, xalqın milli oyanışı və maariflənmə mübarizəsidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə bünövrəsi qoyulan bu yol, bu gün də müasir jurnalistikanın ana xəttini təşkil edir.
"Əkinçi" qəzeti fəaliyyət göstərdiyi qısa müddətdə (1875–1877) ana dilində çap olunaraq xalqın gözünü açmaq, onu elme, mədəniyyətə və hüquqlarını anlamağa səsləmək missiyasını üzərinə götürdü. Zərdabinin yandırdığı bu məşəl sonradan "Ziya", "Kəşkül", "Molla Nəsrəddin" kimi nəşrlərlə davam edərək milli təfəkkürün formalaşmasında əvəzsiz rol oynadı.
Böyük tarixi yol keçən Azərbaycan mətbuatı bu gün keyfiyyətcə yeni mərhələsini yaşayır: Rəqəmsal Transformasiya: İnfomasiya texnologiyalarının inkişafı ilə ənənəvi mətbuat öz yerini operativ, dinamik və geniş auditoriyaya malik rəqəmsal media resurslarına verir.
Dezinformasiya ilə mübarizə aparmaq, obyektivliyi və peşəkar etikaya sadiqliyi qorumaq jurnalistlərin əsas vəzifəsidir.
İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan mediası təkcə daxildə deyil, beynəlxalq müstəvidə də haqq səsimizin çatdırılmasında mühüm informasiya cəbhəsi rolunu oynadı.
22 İyul – Milli Mətbuat Günü, sözün gücünə, azadlığına və vicdanına sadiq olan bütün media mənsublarının töhfəsini yüksək qiymətləndirmək üçün bir fürsətdir. Həsən bəy Zərdabi irsinə sadiq qalan hər bir jurnalist modern dünyada həqiqətin səsini ucaltmaga və cəmiyyəti işıqlandırmağa davam edir.
Xaliq Rəşidoğlu
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




