Interposta.Info

Şəkidə mikroavtobus aşdı:

Ölkə
 20-04-2017, 20:41     1 077

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.
interposta.info
İstipress-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

interposta.info xəbər verir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26