Interposta.Info

Neftçalada mikroavtobus yük maşınına çırplıb,

Ölkə
 23-05-2019, 09:04     10 385

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində, Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəzada 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.

Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Hazırda "təcili yardım" maşınları hadisə yerinə cəlb olunub.

Fktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26