Interposta.Info

Salyanda ağır yol qəzası olub, ölən və yaralananlar var

Ölkə
 4-12-2018, 17:13     576

Salyan rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistral yolunun 67-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Alim oğlu Quliyev idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən yük maşınına çırpılıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Diniyev Adil Həmid oğlu hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Nissan”ın sürücüsü və avtomobildə olan sərnişinlər - 1999-cu il təvəllüdlü Dinili Nisə Adil qızı, 1967-ci il təvəllüdlü Quliyeva Zinət Həmid qızı, 1967-ci il təvəllüdlü Fətullayeva Gülnaz Fənhəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26