Interposta.Info

Şəkidə dəhşətli yol qəzası, sürücü öldü, 5 nəfər ağır yaralandı

Ölkə
 27-11-2018, 20:16     450

Şəkidə ağır yol qəzası baş verib.

Hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi "Chevrolet Niva" markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib./trend

Faktla bağlı cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26