Interposta.Info

Şəmkirdə “Mercedes” aşdı: Məktəbli öldü, 3 nəfər yaralandı

Ölkə
 28-12-2018, 09:05     10 567

Şəmkir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qədimqala kənd sakini, 17 yaşlı Binnət Mehman oğlu Qədimovun idarə etdiyi "Daimler Chrysler" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücünün avtomobildəki həmyaşıdı, İsrafil Etibar oğlu Ələsgərli hadisə yerindəcə ölüb. Hadisə zamanı habelə sürücü və daha 2 nəfər - Qədimqala kənd sakinləri: 2001-ci il təvəllüdlü Minayə Minaxanova və 2001-ci il təvəllüdlü Göyçək Musazadə müxtəlif bədən xəsarətləri alıb. Hər 3 yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir neçə gün əvvəl Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26