Interposta.Info

Şəmkirdə kütləvi dava: iki nəfər bıçaqlanıb

Ölkə
 16-08-2017, 10:59     9 911

Şəmkirdə kütləvi dava olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26