Interposta.Info

Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb,

Ölkə
 13-02-2017, 12:17     733

Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb,

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26