Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb,

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.
“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.
X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hadisə "Edem" sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26