Interposta.Info

Bakıda barda kütləvi dava olub,

Ölkə
 15-01-2018, 07:58     10 576

Bakıda barda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı (təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan adlı qadın (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, bıçaq xəsarəti almış daha 2 nəfər Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26