Interposta.Info

Xaçmazda ağır qəza: Ölən və yaralananlar var

Ölkə
 4-10-2017, 20:23     8 701

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

interposta.info APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb.

“Azsamand” markalı, 90 AF 285 dövlət nömrə nişanlı və “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində “Azsamand”da olan Bakı sakinləri - 1984-cü il təvəllüdlü İsmayılova Elnurə Mahir qızı, 1984-cü il təvəllüdlü İsmayılova Aynurə Mahir qızı, 1985-ci il təvəllüdlü Hüseynov Emil Vaqif oğlu, 1989-cu il təvəllüdlü Quliyeva Nərmin Orxan qızı, “Lada”da olan Dərbənd şəhər sakinləri - Şükürova Firəngiz Ayıbovna, 1949-cu il təvəllüdlü Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alan Dərbənd sakinlərindən biri dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26