Interposta.Info

Xaçmazda 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri -

Ölkə
 4-10-2017, 16:45     7 710

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlari alıb.

Hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. 90 AF 285 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillə “Lada Largus” markalı minik avtomobili toqquşub. Nəticədə “Azsamand”da olan, Bakı şəhər sakinləri 33 yaşlarında olan İsmayılova Elnurə Mahir qızı, İsmayılova Aynurə Mahir qızı, 32 yaşlı Hüseynov Emil Vaqif oğlu, 28 yaşlı Quliyeva Nərmin Urfan qızı, həmçinin “Lada”da olan Dərbənd şəhər sakinləri - 65 yaşlı Şükürova Firəngiz Ayıbovna və 68 yaşlı Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan digər bir Dərbənd sakini qadın dünyasını dəyişib.

Xəsarət alan Bakı şəhər sakinləri Emil və Aynurə ilkin müalicədən sonra paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26