Interposta.Info

Azərbaycanda mikroavtobus qəzaya uğradı —

Ölkə
 2-07-2017, 12:33     585

Ələt-Astara magistralının Lənkəran rayonu, Kişiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

interposta.info
report.az-a istinadən bildirir ki, üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26