Interposta.Info

Cəlilabadda ağır qəza:

Ölkə
 27-01-2017, 11:48     910

Cəlilabadda ağır qəza:

Cəlilabadda baş vermiş ağır yol qəzasında xəsarət alan 11 nəfərin şəxsiyyəti müəyyənləşib

Lent.az xəbər verir ki, rayonun Uzuntəpə kəndində "Toyota" markalı pikapla "Ford Tranzit" markalı mikroavtobusun toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslər aşağıdakılardır:

1977-ci il təvəllüdlü Məmmədov Qurban Barış oğlu
1961-ci il təvəllüdlü Səmədov Əli Daxil oğlu
1994-cü il təvəllüdlü Tağızadə Rəmiş Bəkir oğlu
1988-ci il təvəllüdlü Salmanov Xasay Xansuvar oğlu
1972-ci il təvəllüdlü Poladov İsmayıl Qulu oğlu
1959-cu il təvəllüdlü Məmmədəliyev İbad İbad oğlu
1981-ci il təvəllüdlü Abdurrəhmanov Seyran Salman oğlu
1982-ci il təvəllüdlü Abbasov Rəşad Hüseyn oğlu
1986-cı il təvəllüdlü Talıbov Laçın Fərahim oğlu
1958-ci il təvəllüdlü Səbzəliyev Nazir Xanvəli oğlu
1982-ci il təvəllüdlü Səlimov Bəhruz Məhəmmədəli oğlu


Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən "Toyota Hilux" markalı pikap Azərbaycanda yol tikintisi ilə məşğul olan Türkiyənin "Kolin" şirkətinə məxsusdur və qəzada şirkətin 6 əməkdaşı yaralanıb. Onlar Hacıqabul, Kürdəmir, Bərdə və Saatlı rayon sakinidir. "Ford Tranzit" markalı mikroavtobus isə Cəlilabad rayon sakini, 59 yaşlı Nazir Səbzəliyevə məxsus olub.

***

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.Rayonun Uzuntəpə kəndində şirkətlərdən birinə məxsus olan H 018 490 dövlət qeydiyyat nişanlı "Toyota" ilə "Ford Tranzit" markalı, 20 CV 552 nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Yaralıların hamısı kişidir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26