Interposta.Info

Lənkəranda ağır qəzada 7 nəfər yaralandı —

Ölkə
 29-05-2017, 07:28     537

Lənkəranda ağır qəzada 7 nəfər xəsarət alıb.

interposta.info
APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “42-ZA-220” dövlət seriya nişanlı "VAZ-2106" markalı minik avtomobili “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb.

Hadisə zamanı həmçinin “Opel” markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26