Interposta.Info

Masallıda ana və oğlu qəzada ölüb, üç nəfər ağır xəsarət alıb

Ölkə
 29-06-2017, 10:39     599

Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:30-da başa çatıb.

***
09:12

Bu gün Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, “Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, Elmin Bayramov, onun anası, Reyhanə Abbasova aldıqları xəsarətdən ölüblər. B. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26