Interposta.Info

Bakıda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb-

Ölkə
 3-04-2018, 08:13     10 518

Bakının Nəsimi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Kövkəb Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisəyə 1986-cı il təvəllüdlü Astara rayon sakini Məmmədov Hafiz Naib oğlunun "Mercedes" markalı avtomobil ilə işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Onun maşını yüksək sürətlə 28 May küçəsindən gələn "Mercedes" markalı sərnişin mikroavtobusuna çırpılıb.

Nəticədə mikroavtobus aşıb, içərsində olan 6 sərnişindən üçü yüngül bədən xəsarətləri alıb.

Mikroavtobus şirkət maşını olub və işçiləri daşıyırmış.

Hadisə ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

interposta.info

Bakıda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb-
Bakıda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb-
Bakıda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb-
Bakıda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26