Sabirabadda avtomobil aşıb,

Sabirabadda minik maşını aşıb, 2 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində “Mercedes" markalı “90 SX 054” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26