Interposta.Info

Sabirabadda iki avtomobil toqquşub:

Ölkə
 21-10-2017, 14:14     10 450

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

interposta.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26