Daha bir mikroavtobus qəzası: yaralılar var (FOTOLAR)
Şəki rayonunda yol qəzası baş verib.
İnterPosta.info "Report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
GoldMedia.Az![]()
![]()
![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

