Interposta.Info

“Mersedes” yoldan çıxaraq su quyusuna düşdü –

Ölkə
 1-04-2017, 07:21     496

“Sinəmdə ağrı var. İndi həkimə gedirəm”

Gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, Şəki rayonu Göynük kənd sakini Habil Şərifovun idarə etdiyi “Mersedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücünün sözlərinə görə, avtomobil yolun kənarındakı qoruyucu beton piltələrə dəyərək istiqamətini dəyişib və yolun solundakı su quyusuna düşüb. Yaralanan sürücü təcili-tibbi yardım avtomobili ilə Qobustan rayon mərkəzi xəstəxanasına aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Habil Şərifov – Sürücü: “Özüm yaxşıyam. Sinəmdə ağrı var. İndi həkimə gedirəm”.

interposta.info bildirir ki, hadisənin dəqiq səbəbləri araşdırılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26