Interposta.Info

Şəkidə dəhşətli qəza: “Niva” divara çırpılaraq aşdı –

Ölkə
 26-03-2018, 13:29     10 716

Şəkidə gecə saatlarında yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, hadisə şəhərin İzzət Həmidov küçəsində qeydə alınıb.

Şəki şəhər sakini Alxasov Kamal Elşad oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetməni itirərək yolun solundakı divara çırpılıb və aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər sərnişin Şirinov Məmmədseyid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26