Interposta.Info

Salyanda maşınlar toqquşdu: Biri evə çırpıldı -

Ölkə
 2-11-2017, 18:48     9 529

Salyan şəhər Əlibəy Hüseynzadə küçəsində də yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki, Cəbrayıl rayon sakini, 39 yaşlı Atakişi Atakişiyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Mitsubishi” markalı maşınla toqquşub, sonra “Mitsubushi” yolun kənarındakı fərdi yaşayış evinə çırpılıb.

Qəza nəticəsində “Vaz-2106”nın sürücüsü və avtomobildə olan Kürdəmir sakini, 31 yaşlı Xəyal Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26