Interposta.Info

Tovuzda ağır qəza:

Ölkə
 14-01-2017, 19:46     711

Tovuzda ağır qəza:
Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ARB 24 xəbər verir ki, Tovuz şəhər sakini, 35 yaşlı Gündüz Məmmədovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Düz Qırıqlı kənd sakini, 57 yaşlı Mehman Məmmədovun idarə etdiyi “QAZ 21” markalı minik avtomobili toqquşub.

Nəticədə “Ford”da olan sərnişin, 52 yaşlı İkram Tağıyev və minik avtomobilinin sürücüsü Mehman Məmmədov, sərnişinləri 63 yaşlı Nazxanım Məmmədova və 53 yaşlı Təranə Məmmədova müxtəlif bədən xəsarətləri alıblar.Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mehman Məmmədov Düz Qırıqlı kənd orta məktəbinin direktorudur. Təranə Məmmədova isə həmin təhsil ocağının müəllimidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26