Interposta.Info

Əlverişsiz hava şəraiti qəzaya səbəb oldu -

Ölkə
 13-03-2018, 15:26     10 447

Bu gün səhər saat 05:00 radələrində Şəkinin İnçə kəndi ərazisində qəza baş verib.

ARB Şəki xəbər verir ki, Qax rayonu, Baydarlı kənd sakini Vəliyev Elməddin Vəli oğlunun idarə etdiyi 90 VA 676 dövlət nömrə nişanlı avtomobil körpüdən aşıb.

Nəticə sürücü və avtomobildə olan 2 sərnişin 25 yaşlı Əhmədli Xəzər Azər oğlu, 21 yaşlı Yusifov Anar Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti göstərilir.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26