Bakıda avtomobil tuneldə aşdı –

Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində – Ziya Bünyadov prospektində yol qəzası baş verib.
Lent.az xəbər verir ki, “Çermet” körpüsü kimi tanınan ərazidə “Hyundai” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yuxarı yoldan tunelə aşıb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26