BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTO

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib
interposta.info Lent.az-a istinadla xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb.
Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili yük maşınının altında qalıb.
İlikin məlumata görə, "VAZ"-da olan bir nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26