Salyanda avtomobil daşıyan TIR aşdı: 7 ədəd təzə BMW yararsız hala düşdü - FOTO
Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili aşıb, 7 ədəd yeni BMW markalı minik avtomobili əzilib.
interposta.info apa-ya istinadən məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, "Mercedes” markalı TIR tipli qoşqulu yük avtomobili aşıb.
Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobilləri əzilib.
Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam respublikasına aparılması nəzərdə tutulub.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
interposta.info![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

