Interposta.Info

Salyanda minik və yük avtomobilləri toqquşub:

Ölkə
 26-01-2018, 20:37     10 526

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

Nəticədə Əliyev Rövşən Maarif oğlu və onun anası Əliyeva Gülxara Kamil qızı ölüb. Ölənlərin Salyan rayonu Qaraçala kənd sakinləri olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26