Interposta.Info

ABŞ Süleymanini öldürmə səbəbini açıqladı

Dünya
 7-01-2020, 23:26     339

İran generalı Qasım Süleymani amerkalı diplomatlara və hərbçilərə sui-qəsd hazırlayırdı.

Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.

“Sahib olduğumuz olduqca önəmli məlumatlara görə, Süleymani və birlikdə fəaliyyət göstərdiyi şəxslər qarşıdakı günlərdə xeyli sayda amerikalı diplomatı və əsgəri öldürməyə hazırlaşırdı”, - deyə amerikalı rəsmi bildirib.

Obrayen əlavə edib ki, Süleymaninin öldürülməsi Prezident Donald Trampın prinsipləri ilə ziddiyyət təşkil etmir./axar.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26