Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi
Ukrayna Nazirlər Kabineti daha əvvəl Kiyevin hərbi administrasiyasına rəhbərlik etmiş Timur Tkaçenkonun Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
1989-cu ildə Kiyevdə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən, Ukraynadakı Azərbaycan Ağsaqqallar Şurasının nümayəndəsidir. O, Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Goldmedia.az xəbər verir ki, bu barədə məlumatı Qaynarinfo Ukrayna KİV-inə istinadən yazıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




