Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan mediasının inkişafındakı xidmətlər növbəti dəfə yüksək dövlət mükafatı ilə qiymətləndirilib.
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rauf Arif oğlu Abbasov (Rauf Arifoğlu) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ölkə mətbuatının formalaşması və ictimaiyyətin dürüst məlumatlandırılması istiqamətində illərdir müstəsna xidmətlər göstərən jurnalistin bu mükafatı media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu münasibətlə Goldmedia.az saytının baş redaktoru Xaliq Rəşidoğlu da Rauf Arifoğlunu təbrik edib, ona gələcək fəaliyyətində və yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayır.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




