Interposta.Info

İranın məşhur türk generalı kürdlərlə görüşdü:

Dünya
 14-04-2017, 16:28     603

Məşhur İran generalı Qasım Süleymani gözlənilmədən İraq Kürd Muxtar Vilayətinə səfər edib.

Axar.az xəbər verir ki, o, burada Məsud Bərzani və İraqın eks-prezidenti Cəlal Təlabani ilə görüşüb. Görüşdə Süleymani kürd liderləri Bağdadla münasibətləri düzəltməyə və Kərkükdəki bayraq böhranını həll etməyə çağırıb.

Qeyd edək ki, İraq Kürd Muxtar Vilayəti İraqdan ayrılmaq istəyir. Kürdlər müstəqilliklə bağlı referendumu sentyabr ayında keçirəcəklərini söyləyiblər. Müstəqil kürd dövlətinə qarşı ən sərt mövqeni hələlik İran və İraq tutur. Türkiyə isə hələlik sadəcə prosesləri izləmək yolunu tutub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26