ABŞ-dan növbəti “kürd dövləti” açıqlaması
ABŞ İraqda Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsi ideyasını dəstəkləmir.
Axar.z xəbər verir ki, bu barədə bəyanatı Ağ Evin mətbuat xidməti yayıb. Vaşinqton bu referendumun bölgədəki situasiyanı gərginləşdirəcəyini və İŞİD-lə mübarizəyə maneə yaradacağını bildirib.
Qeyd edək ki, İraq Kürd Muxtar Vilayətində referendum sentyabrın 25-də keçiriləcək. İraq, Türkiyə, İran və Suriya bu referenduma qarşı olduqlarını bildiriblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26