Interposta.Info

Zərif açıqladı: Putinlə Süleymaninin görüşü...

Dünya
 4-01-2020, 10:52     435

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər etməzdən öncə Qasım Süleymani ilə məsləhətləşdiyini söyləyib.

O, bunu İran televiziyasına açıqlamasında bildirib.

“Şəhid Süleymani ilə Rusiyanın diplomatik əlaqələri kifayət dərəcədə effektli idi. Bizim sıx əməkdaşlığımız var idi, Moskvaya hər bir səfər öncəsi onunla məsləhətləşirdim.

Süleymani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Rusiyanın Suriyadakı əməliyyatlarda iştirakı baxımından əlamətdar idi”, - deyə Zərif bildirib.

O, Rusiyanın Suriyadakı terrora qarşı əməliyyatlarda iştirak etməsində Süleymaninin əvəzsiz rolunu xüsusi vurğulayıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26