Interposta.Info

Xamenei:

Dünya
 13-06-2017, 15:22     841

Hökumət beynəlxalq platformlarda İran islam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Bəsic milis qüvvələrini bazarlıq vasitəsi etməməlidir.

Axar.az xəbər verir ki, bunu İran hökumətinə müraciətində Ali dini lider Əli Xamenei söyləyib.

“ABŞ-ın Qüds briqadası komandanı Qasım Süleymanidən xoşu gəlməsini gözləyirsiniz? Təbii ki, xoşlanmayacaq və bizə qarşı müxtəlif şərtlər irəli sürəcəklər. Biz onların tələblərinin əleyhinə çıxmalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İran mətbuatı Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Qərblə danışıqlarda Qasım Süleymanini alver predmeti etdiyi haqqında məlumat yayıb. Zərif isə bu iddiaları hamısını yalanlayıb.

İranın məşhur generallarından olan Qasım Süleymanı bütün Yaxın Şərq əməliyyatlarına rəhbərlik edir. O, İran xüsusi təyinatlılarının türkmanlara qarşı əməliyyatına da komandanlıq edib.

Qasım Süleymaninin adı bir neçə qanunsuz hərbi müdaxilələrdə iştirakına görə ABŞ, o cümlədən Qərbin qara siyahısında yer alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26